Quick Access


Bu Dergi DOI ve Crosscheck üyesidir


Summary


ИСТОКИ ЗАРОЖДЕНИЯ И РАЗВИТИЯ МИФОЛОГИЧЕСКОГО МИРОВОЗЗРЕНИЯ В ИСКУССТВЕ ДРЕВНЕГО КИТАЯ

Çin bəşəriyyətin ən qədim sivilizasiyalarından biridir. Qədim Çin incəsənəti və mədəniyyəti müxtəlif etnomədəni dəyərlərin qovuşmasından yaranmış dərin mənəvi ənənələrə malikdir. Qədim Çinin incəsənəti və mədəniyyəti bəşər sivilizasiyasının tarixində ən parlaq və təkrarolunmaz təzahürlərdən biri hesab olunur. Bizim e.ə.V minillikdən başlayaraq Qədim Çində ilk əkinçilik ocaqları meydana çıxır. Qeyd etmək lazımdır ki, qədim Çinin ilk mifoloji və kosmik dünyagörüşləri sistemləri məhz qədim Çinin əkinçilik mədəniyyətləri ilə sıx bağlı olmuşdur. Neolit dövrünə aid edilən və qədim Çinin keramika məmulatlarını bəzəyən həndəsi və nəbati ornamentlər, zoomorf və antropomorf təsvirlər qədim çinlilərin mifoloji təfəkkürlərini və ayinlərini özlərində əks etdirirlər. E.ə. II minilliyin ortalarında Huanxe çayının hövzəsində şəhər mədəniyyəti tipli möhtəşəm Şan-İn sivilizasiyası formalaşır. Qədim Çinin mədəniyyətinin inkişafı tarixində Şan-İn dövrü qədim Çin cəmiyyətinin həyat fəaliyyətinin bir çox sahələrində olduqca böyük tərəqqini meydana gətirir. Maraqlıdır ki, Qədim Çinin Şan-İn dövründə Çinin dekorativ tətbiqi sənətində “Heyvani üslubun” elementləri və motivləri ilə zəngin olan və özlərinin forma və kompozisiya məzmunlarına görə tamamilə yeni və fərqli cəhətlərə malik olan incəsənət məmulatları meydana çıxır. Bir çox tədqiqatçılar belə hesab edirlər ki, qədim Çin incəsənətində meydana gəlmiş “Heyvani üslub” qonşu köçəri qəbilələrin və xalqların təsiri altında, hərbi və ticarət əlaqələri nəticəsində yarana və inkişaf edə bilərdi. Qeyd etmək lazımdır ki, qədim Çin incəsənətinə aid olan zoomorf təsvirlər və zoomorf kompozisiyalı əşyalar ‟Çöl animalizmininˮ estetik prinsiplərinin daşıyıcıları rolunda çıxış etmişdirlər. “Heyvani üslubda” hazırlanmış bu zoomorf bədii obrazlar qədim Skif və Hun incəsənətinə xas olan yüksək dekorativ üslub səviyyəsinə və stilizasiyaya malikdirlər. Qədim Çin incəsənəti özünəməxsusluğu ilə diqqəti cəlb edən qədim semantikası və ona məxsus olan bədii obrazların təsvir üslubu ilə seçilən olduqca unikal və yetərincə tədqiq edilməmiş parlaq bir fenomendir.



Keywords
Yanshao, arxeologiya, mifologiya, zoomorf təsvirlər

References

Advanced Search


Announcements


    TEMMUZ SAYISI 

    Değerli Bilim İnsanları,   Temmuz Sayımız Yayınlanmıştır.



    EYLÜL SAYISI

    Değerli Bilim İnsanları,   Eylül Sayımız İçin Makalenizi 01Eylül Tarihine Kadar Yükleyebilirsiniz.



Address :Göztepe Mah., Beykoz, Istanbul/TURKEY
Telephone :+90 537 579 28 78 (Turkey) Fax :+90 216 606 32 75
Email :journalssd@gmail.com

Web Yazılım & Programlama Han Yazılım Bilişim Hizmetleri